AZ

Ələt-Astara avtomobil yolunda təmizlik işləri davam edir

Ələt-Astara avtomobil yolunun Masallı rayonundan keçən hissəsində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. 

Bu günlərdə Ələt-Astara avtomobil yolunun Təzə Alvadı ərazisindən keçən hissəsində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə 11 saylı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi və Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən təmizlik aksiyası keçirilmişdir. 16 nəfərin iştirak etdiyi təmizlik aksiyasında sözügedən ərazidən 125 kq-a qədər plastik və bərk məişət tullantıları yığılaraq aidiyyəti üzrə Masallı şəhəri ərazisində yerləşən tullantı poliqonuna daşınmışdır.

Masallı rayonunun bütün yaşayış məntəqələrində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdirilir.

"Azərbaycan"

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr