AZ

Qazaxıstandakı təlimlərə 3000-dən çox hərbçi cəlb olunub

BAKI, 17 sentyabr. TELEQRAF

Qazaxıstanın Manqistau vilayətində başlayan “Aibalta-2025” ikitərəfli əməliyyat-strateji komanda-qərargah təlimlərində 3000-dən çox hərbçi və mindən çox texnika iştirak edir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qərb" və "Şərq" regional komandanlıqlarının birləşmə və hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüş hazırlığına gətirilib. Manevrlərə üç mindən artıq hərbçi, mindən artıq silah və hərbi texnika, o cümlədən aviasiya, helikopter və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər dörd mərhələdə keçirilir", - məlumatda deyilir.

Seçilən
9
teleqraf.com

1Mənbələr