AZ

Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb

Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Yeni İrlandiya adasının cənub ucundan 120 km cənub-şərqdə və Yeni Qvineya adasındakı Lae şəhərindən 750 km şərqdə yerləşib.

Zəlzələnin maqnitudası 6 bal qiymətləndirilib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin episentri 77,7 km dərinlikdə yerləşib.

Seçilən
31
1
sia.az

4Mənbələr