AZ

Ötən il Çin rekord həcmdə taxıl istehsal edib

2024-cü ildə məhsul 700 milyon tona çatıb...

Poliqon xəbər verir ki, Çində 14-cü beşilliyin (2021–2025-ci illər) yekunları açıqlanmaqda davam edir. Ölkənin kənd təsərrüfatı naziri Xan Tsyun jurnalistlərə bildirib ki, 2024-cü ildə Çində taxıl istehsalı tarixdə ilk dəfə 700 milyon ton həddini keçib. Bu göstərici 2020-ci illə müqayisədə 37 milyon ton artıqdır. Rekord məhsuldarlığın əsas səbəbləri kimi kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması və müasir aqrotexnologiyaların tətbiqi göstərilir.

Rəsmi məlumatlara görə, hazırda Çində 1 milyard mu (66,7 milyon hektar) yüksək standartlı əkin sahəsi mövcuddur. 2021-ci ildən bəri fermerlərin gəlirləri sabit artım nümayiş etdirir. Təkcə 2024-cü ildə kənd yerlərində adambaşına düşən orta illik gəlir 23,1 min yuana (təxminən 3,3 min ABŞ dolları) çatıb.

Bununla yanaşı, Çin bazarında Rusiya məhsullarının payı azalmaqdadır. 2025-ci ilin ilk yarısında Rusiya Çinə cəmi 2,5 milyon dollarlıq buğda ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 dəfə azdır. Son illərin statistikasına əsasən, Rusiya Çinə ildə orta hesabla 1 milyon tonadək taxıl tədarük edib.

Ekspertlərin fikrincə, Çinin daxili istehsal imkanlarının sürətli artımı, kənd təsərrüfatına yönəldilən dövlət dəstəyi və yeni texnologiyaların tətbiqi ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirib.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr