AZ

Ekvadorda 90 mindən çox insan qızıl mədənlərinə etiraz edir

BAKI, 17 sentyabr. TELEQRAF

Ekvadorun Kuenka şəhərində 90 mindən çox sakin qızıl mədənlərinə etiraz edir.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Kristian Zamora məlumat verib.

Etirazçılar hesab edirlər ki, 580 min əhalisi olan Kuenkanın cənub-şərqində qızıl hasilatı layihəsinin həyata keçirilməsi su ehtiyatlarının çirklənməsinə səbəb olacaq.

Loma Larqa yatağı Kuenkadan 30 km aralıda yerləşir. Mədənin hasilat hüququna sahib olan Kanadanın "Dundee Precious Metals" şirkəti iyul ayında ekoloji lisenziya aldığını bildirib. Mədənin tikintisinə bu ilin sonunda başlanması planlaşdırılır.

Seçilən
45
teleqraf.com

1Mənbələr