BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərinə etiraz edən 4 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ITV kanalı məlumat yayıb.
Bildirilib ki, etirazçılar Amerika lideri və maliyyəçisi Cefri Epşteynin birgə şəklini Vindzor qəsrinin binasına proyeksiya ediblər.
Qeyd edək ki, bu gün Donald Tramp Böyük Britaniyaya səfər edib. Onu xanımı Melaniya Tramp müşayiət edib.