AZ

Slovakiyada aksiyalarında 20 mindən çox insan iştirak edib

Slovakiyada “Yoxsullaşmaya qarşı!” şüarı altında 20 mindən çox vətəndaşın iştirak etdiyi hökumət əleyhinə mitinqlər keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.

Etirazları Slovakiyada vətəndaş birlikləri və müxalifətdə olan liberal partiyalar təşkil edib. Onlar üçün əsas hökumət tərəfindən hazırlanmış, vergi və sosial yükün artırılmasını ehtiva edən sərt büdcə qənaət tədbirləri paketi idi. Mitinqlərdə baş nazir Robert Fitsonun hazırkı hökumətinin istefası, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tələbləri və Ukraynaya dəstək səslənib.
Seçilən
45
3
sherg.az

4Mənbələr