AZ

UEFA “Qarabağ”ın futbolçusunu mükafatlandırdı

Çempionlar Liqasının ilk turunun “Benfika” - “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə UEFA saytı məlumat yayıb.

Qurum bu mükafata Ağdam klubunun yarımmüdafiəçisi Pedro Bikalyonu layiq görüb.

Pedro bu görüşdə məhsuldar olmasa da, 88% pas dəqiqliyi, vərəqəsiz və 12,1 km məsafə qət etməklə yadda qalıb.

Seçilən
41
publika.az

1Mənbələr