AZ

Portuqaliyada balina dəstəsi bir il ərzində 70 gəmini batırıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

2025-ci ilin əvvəlindən Portuqaliyanın Kosta-de-Kaparika sahillərində balinaların hücumları nəticəsində 70 gəmi, yaxta və yelkənli qayıq batıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Jornal de Noticias" məlumat yayıb.

Sahil və Sərhəd Nəzarəti Birliyinin (UCCF) məlumatına görə, sonuncü hücum sentyabrın 15-də baş verib.

"Gəmi Kosta-de-Kaparikadan 10 dəniz mili aralıda olub. Hücuma məruz qalanda ekipaj kömək çağırıb", - məqalədə qeyd olunur.

Xatırladaq ki, sentyabrın 13-də həmin ərazidə balinalar turist gəmisini aşırıblar. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Portuqaliya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, son bir il ərzində balinaların yaratdığı təhlükələrə görə gəmiçiliklə məşğul olanlara 50 xəbərdarlıq edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
2
oxu.az

4Mənbələr