AZ

Benfika nın kapitanı: Bilet alan bütün azarkeşlərdən üzr istəyirəm

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Benfika" klubunun kapitanı Nikolas Otamendi UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a uduzduqları üçün azarkeşlərdən üzr istəyib.

"Report" Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi "Qarabağ"a 2:3 hesablı məğlubiyyətə görə tənqidlərə açıq olduqlarını bildirib.

O, hesabda öndə olduqları görüşü məğlub başa vurmağın ağır olduğunu vurğulayıb:

"Düşünürəm ki, məğlubiyyətin səbəbkarları tənqid olmalıdırlar. Bu tənqid sayəsində harda səhv etdiyimizi müəyyənləşdirə bilərik. Çempionlar Liqasında mövsüm yeni başlayıb. Bizi qarşıda hələ çox oyun gözləyir. "Qarabağ"la oyunu izləmək üçün bilet alan bütün azarkeşlərdən üzr istəyirəm".

N.Otamendi məğlubiyyəti unudub, qarşıdakı matçlara baxmalı olduqlarını söyləyib:

"İrəli baxmaq məcburiyyətindəyik. Çox çalışıb, növbəti görüşlərimizi qələbə ilə başa vurmalıyıq. Azarkeşlərimizin narahatlığını başa düşürük". 

Qeyd edək ki, Nikolas Otamendi 2022-ci ildə dünya çempionu olan Argentina millisinin heyətində yer alıb. O, 2015-ci ildən 2020-ci ilə qədər İngiltərənin "Mançester Siti" klubunda çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
3
sherg.az

4Mənbələr