AZ

Dünya mediası Qarabağ ın tarixi zəfərindən nələr yazdı? Siyahı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”ın Çempionlar Liqasında Portuqaliya nəhəngi “Benfika”nı 3-2 hesabı ilə məğlub etməsinə dünya mediasında geniş yer verilib.

Globalinfo.az dünyanın nüfuzlu media orqanlarından “Qarabağ”ın tarixi qələbəsi ilə bağlı yazılanları araşdırıb:

“Mundo Deportivo”: “Qarabağ” “Benfika”nı darmadağın etdi və tarixi qələbə qazandı”.

“Lequipe”: “Qarabağ“dan tarixi qələbə! Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanan “Qarabağ” üçün yuxu kimi gecə. İlk dəqiqələrdə 2:0 hesabı ilə geri düşən Azərbaycan komandası “Benfika”ya 3-2 qalib gəldi”.

“AS” qəzeti: “Azərbaycan komandası Çempionlar Liqasında “Benfika”ya 3-2 hesabı ilə qalib gələrək ilk qələbəsini qazanıb. Bu, tarixi zəfərdir!”

BBC: “Qarabağ” Çempionlar Liqasında “Benfika” önündə möhtəşəm geridönüş edərək tarix yazdı”.

“Teleqrafi”: “Qarabağ” Lissabonda “Benfika”nı darmadağın etməklə tarix yazdı. Azərbaycanlılar bu elit yarışda ilk üç xalı qazanaraq gecənin ən böyük sürprizinə imza atdılar”.

“Euro Football”: “Azərbaycan sensasiyasını qeyd edir: “Qarabağ” “Benfika”nı səfərdə 3-2 məğub edib”.

“Fanatik”: “Qarabağ” Çempionlar Liqasında tarix yazdı, “Benfika” darmadağın edildi! Oyununun nəticəsi: 2-3”.

“TRT Spor”:  “Qarabağ”dan tarixi geridönüş! UEFA Çempionlar Liqasında 2025–26 mövsümünün qrup mərhələsinin ilk həftəsində “Qarabağ” səfərdə 0:2 geridə olduğu oyunda “Benfika”nı 3:2 hesabı ilə məğlub etdi”.

“Sözcü” qəzeti: “Çempionlar Liqasının pley-off mərhələsində “Fənərbağça”nı turnirdən kənarlaşdıran Portuqaliya təmsilçisi “Benfika” evdə Azərbaycan təmsilçisi “Qarabağ”ı qəbul etdi. Qarşılaşmanı 3:2 hesabı ilə qazanan “Qarabağ” Çempionlar Liqasında gecənin sürprizinə imza atdı”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
globalinfo.az

1Mənbələr