BAKI, 17 sentyabr. TELEQRAF
AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarbağ" futbol klubunu qazandığı tarixi qələbə münasibəti ilə təbrik edib.
Teleqraf xəbər verir ki, o bu barədə "X" platformasında yazıb.
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər!!!", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Azərbaycan çempionu növbəti görüşünü oktyabrın 1-də evdə Danimarka “Kopenhagen”inə qarşı keçirəcək.