AZ

Trampın Birləşmiş Krallığa səfəri başlayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 17 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Birləşmiş Krallığa səfəri başlayıb.

AZƏRTAC-ın məlumatına görə, onun olduğu təyyarə Stansted Hava Limanına eniş edib.

Qeyd edək ki, sentyabrın 17-də Trampın görüşləri başlayacaq. Sabah rəsmi olaraq Vindzor qəsrinin şərq çəmənliyindən və London qülləsindən eyni vaxtda atılan atəşlə salamlama mərasimi keçiriləcək. Daha sonra onlar Kral Çarlz, Kraliça Kamilla, Şahzadə Uilyam və Şahzadə Ketrinlə birlikdə faytonla Vindzor malikanəsinə yola düşəcəklər. Kral ailəsi Tramp ailəsini kral kolleksiyasına ekskursiyaya aparacaq. Prezident və birinci xanımı daha sonra Kraliça II Elizabetanın məzarı önünə əklil qoymaq üçün Müqəddəs Georgi kilsəsini ziyarət edəcəklər.

Növbəti gün Tramp Vindzor sarayından ayrılacaq və Baş nazir Kir Starmerlə görüşəcək. Görüşdə əsas müzakirə mövzularının ikitərəfli ticarət əlaqələri, investisiya, Ukrayna və Qəzza məsələlərinin olması nəzərdə tutulub.

Sonda tərəflər birgə mətbuat konfransı keçirəcəklər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
4
azertag.az

5Mənbələr