AZ

Braziliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru xəstəxanaya yerləşdirilib.
Oxu.Az bildirir ki, bu barədə onun böyük oğlu Flavio Bolsonaru sosial şəbəkə hesablarında məlumat verib.
Onun sözlərinə görə, keçmiş prezidentin səhhəti pisləşib, təzyiqi düşüb və ürək bulanması başlayıb. O, polisin müşayiəti ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, sentyabrın 12-də Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd ittihamı ilə sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib.
O, avqustun 4-dən ev həbsindədir.
Seçilən
33
oxu.az

1Mənbələr