AZ

Qurban Qurbanov: "Bütün azərbaycanlıları təbrik edirəm"

İlk öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qələbə əldə etdilər.

İdman.biz bildirir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Benfika" ilə oyundan sonrakı mətbuat konfransında deyib.

"Bu, elə bir oyun idi ki, biz məğlub da ola bilərdik. Üstünlük rəqibin tərəfində idi. Hissənin əvvəlindəı 2 topla geridə qaldıq. Futbolçuluarımızdakı inam, sınmamaq, oyundan çıxmamaq, vurduğumuz ilk qol qalibiyyət üçün bizə kömək oldu. Bu o demək deyil ki, "Benfika" bizdən zəif idi. Benfika həm topla davranmaq, həm tatktiki baxımdan çox ağıllı bir kollektivdir. Mən dünən bildirmişdim ki, fuutbolçularım bu gün daha çox əziyyət çəkəcəklər, daha istəkli olıacaqlar. Çox böyük bir qalibiyyət əldə elədik. Bu bizim triximizdə, Azərbaycan futbilunun tarixində Çempionlar Liqasında ilk qələbədir. Bütün azərbaycanlıları təbrik edirəm və Benfikaya uğurlar arzulayıram", - Qurbanov bildirib.

İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr