AZ

“Benfika” azarkeşləri “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçini istefaya səsləyiblər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada "Qarabağ"a məğlubiyyət "Benfika" azarkeşlərinin kəskin narazılığına səbəb olub.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, "Da Luş" stadionunda keçirilən matçın final fitindən sonra fanatlar Lissabon təmsilçisinin baş məşqçisi Brunu Lajeni fitə basıblar. Portuqaliyalı mütəxəssis tunelə daxil olarkən tərəfdarlar onun ünvanına xoşagəlməz ifadələr və "İstefa" şüarları səsləndiriblər.

Azarkeşlər futbolçuları isə paltardəyişmə otağına alqışlarla yola salıblar.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

3Mənbələr