AZ

KİV: Britaniya Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinə tərəddüd edir

Böyük Britaniya hökuməti Rusiyadan neft alışı ilə bağlı Hindistana qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdə maraqlı görünmür.

APA xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, məqsəd Moskvanı təzyiq altına almaq olsa da, London bu addımın zəruriliyinə şübhə ilə yanaşır.

Qeyd olunur ki, Britaniya tərəfi belə sanksiyaların tətbiqini məqsədəuyğun hesab etmir.

Qəzet yazır ki, Rusiyaya və onun əsas ticarət tərəfdaşlarına qarşı mümkün yeni məhdudiyyətlər sentyabrın 18-də Starmer ilə ABŞ prezidenti Donald Tramp arasında Londonda keçiriləcək ikitərəfli danışıqlarda müzakirə olunacaq.

Seçilən
15
3
apa.az

4Mənbələr