AZ

İtaliya yığması Billi Cin Kinq Kubokunun yarımfinalına yüksəldi

Çinin Şençjen şəhərində 16–21 sentyabr tarixlərində keçirilən Billi Cin Kinq Kuboku – 2025-də İtaliya yığması yarımfinala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 1/4 final mərhələsində italiyalılar Çin komandasını 2:0 hesabı ilə məğlub ediblər.

İlk görüşdə Elizabetta Koççaretto çinli Yuan Yuenin müqavimətini qıraraq 4:6, 7:5, 7:5 hesabı ilə qalib gəlib.

Daha sonra Jasmin Paolini də qələbəni təmin edib – o, Van Sinuyu 4:6, 7:6, 6:4 hesabı ilə üstələyib.

Qeyd edək ki, hazırkı Billi Cin Kinq Kubokunun sahibi də məhz İtaliya millisidir. Yarımfinalda italiyalılar İspaniya və Ukrayna yığmaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcəklər.

Seçilən
11
90deqiqe.az

1Mənbələr