AZ

Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bildirib.

O, bu barədə İsrail iqtisadiyyatına dair keçirilən mətbuat konfransında danışıb.

Netanyahu qeyd edib ki, Tramp onu Ağ Evə dəvət edib və görüş onun bu ayın sonunda Nyu‑Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80‑ci sessiyasında çıxışından dərhal sonra planlaşdırılır.

"Channel 12" telekanalı ABŞ-nin yüksək rütbəli rəsmilərinə istinadən xəbər verir ki,baş nazirin dəftərxanası çıxışdan sonra liderlər arasında görüşün təşkili üçün Ağ Evə müraciət edib.

Seçilən
4
anews.az

1Mənbələr