AZ

Rusiyalı iş adamı Bolqarıstanda saxlanıldı

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Rusiyalı iş adamı İqor Qreçuşkin Bolqarıstanda bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb..

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "İnterpol" məlumat yayıb.

Qreçuşkin 2020-ci ildə Livanın paytaxtı Beyrutda partlayan gəminin sahibidir. Partlayış xeyli dağıntıya və 200-dən çox insanın ölümünə səbəb olmuşdu. Livan məhkəməsi bununla bağlı iş adamına və gəminin kapitanı Boris Prokoşevə həbs qərarı vermiş və onların tapılması üçün "İnterpol"a müraciət edilmişdi.

Qeyd edək ki, İqor Qreçuşkin Kiprdən Sofiyaya gəldiyi zaman Bolqarıstan paytaxtının hava limanında həbs olunub. 

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
525.az

1Mənbələr