AZ

Almaniyada Rusiyaya qarşı sanksiyaları pozan beş nəfər həbs edilib

Almaniyada Rusiyaya qarşı sanksiyaları pozan beş nəfər həbs edilib

Hamburq Əyalət Məhkəməsi Avropa İttifaqının Rusiyaya qarşı sanksiya rejimini pozduğu üçün bir iş adamını 4,5 il müddətinə həbs cəzasına məhkum edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, 46 yaşlı, Özbəkistan əsilli Almaniya vətəndaşı 2022-ci ilin noyabrından 2024-cü ilin fevralına qədər Rusiya alıcılarına elektron komponentlər – o cümlədən fişlər, keçid cihazları və gücləndiricilər – göndərməkdə suçlu bilinib. Onun göndərişlərinin ümumi dəyər 850 min avro təşkil edib.

Məlumata görə, malların göndərilməsi və ödənişlər Hongkong vasitəsilə həyata keçirilib. Aprel ayında başlayan məhkəmə işi çərçivəsində digər dörd şəxs də müxtəlif müddətlərə məhkum olunub: 44 yaşlı Rusiya vətəndaşı təxminən 3 il, 46 yaşlı Almaniya vətəndaşı 3 il, 38 yaşlı alman qadını və 55 yaşlı “rus almanı” isə şərti cəzalar alıb.

Məhkəmə hökmü hələ qüvvəyə minməyib. Beş nəfər dəfələrlə Almaniyanın xarici ticarət qanununu pozmaqda ittiham olunub.

Seçilən
9
afn.az

1Mənbələr