AZ

Səudiyyə klublarının Rüdiger israrı

“Real”ın müdafiəçisi Antonio Rüdiger hələ də Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad” klublarının hədəfi olaraq qalır.

90deqiqe.Az xəbər verir ki, sözgüedən klubları həm futbolçunu, həm də klubunu cəlb etmək üçün sərfəli təkliflər hazırlayır. 

32 yaşlı futbolçu Xabi Alonso rəhbərliyi altında əsas heyətdə sabit yerə sahib olmaması bu keçidin qış transfer pəncərəsi zamanı reallaşması gözlənilir.

Onun mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Cari mövsümdə Rüdiger yalnız bir oyunda iştirak edib. Keçən mövsümdə isə alman müdafiəçi bütün turnirlərdə 55 oyunda çıxış edərək 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, onun bazar dəyəri 20 milyon avrodur.

Seçilən
53
90deqiqe.az

1Mənbələr