AZ

KİV: “TikTok“ üzrə razılaşma ABŞ də yeni şirkətin yaradılmasını nəzərdə tutur“

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"TikTok"un ABŞ-də fəaliyyəti ilə bağlı sövdələşmədə sosial şəbəkənin amerikalı istifadəçilərinin məlumatlarının Çinə göndərilməyəcəyi barədə bənd yer alıb".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qri deyib.

Onun sözlərinə görə, sövdələşmə həm Çinin narahatlıqlarına cavab verməyə, həm də ABŞ-nin milli təhlükəsizlik sahəsində prioritetlərini qorumağa yönəlib.

"New York Post" nəşrinin məlumatına görə, razılaşmaya əsasən, "TikTok"un ABŞ-də fəaliyyəti üçün amerikalı istifadəçilər üçün xidmətin işini təmin edəcək yeni yerli şirkət yaradılacaq. Şirkətin dəyəri 50 milyard dollar həcmində qiymətləndirilir.

Yeni şirkətin əsas səhmdarları ABŞ Prezidenti Donald Trampın tərəfdarı, milyarder Ceff Yass və "General Atlantic" investisiya şirkətinə rəhbərlik edən Bill Ford olacaq. "TikTok"un sahibi olan Çin şirkəti "ByteDance" isə yeni müəssisədə 19.9% paya sahib olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
moderator.az

3Mənbələr