AZ

Stilist 2025-ci ilin payız saç rəngi trendlərini açıqladı

Stilisti Yana Kondratyeva bildirib ki, 2025-ci ilin payız saç rəngi trendləri arasında "vişnəyi bürünc" (Berry Brunette), "mis-qəhvəyi" (Copper Brown), "mokaccino" (Mocha Mousse), platin sarısı (Platinum Blonde) və "tüstülü bürünc" (Smoked Suede Brunette) ön plandadır.

HİT.az gazeta.ru-ya istinadən xəbər verir ki, stilistə görə, bu rəng şokolad dərinliyini və qırmızı parıltını birləşdirir, yetişmiş vişnə və ya qırmızı ağacı xatırladır. Ən yaxşı nəticə üçün ümumi boyama üsulu və bəzi tellərin yüngül açılması məsləhətdir. İsti dəri tonuna portağal alt çaları, soyuq tonuna isə dərin şərab və ya gavalı çaları uyğun gəlir. Ən gözəl nəticə şaten və ya tünd bürünc bazaya malik saçlarda əldə edilir. Qıvırcıq saçlar isə bu rəngi daha da parlaq göstərir.

"Mis-qəhvəyi" boyama ən uğurlu nəticəni "balayaj" və ya "şatuş" texnikalarında verir. Kök hissənin bir qədər tünd qalması saçın həcmini daha sıx göstərir. Stilist bu rəngin isti və neytral dəri tonuna uyğun olduğunu deyib. Dalğalı və qıvırcıq saçlarda mis çaları xüsusilə parıltılı görünür.

"Mokaccino" rəngi şokolad çaları ilə zəngin qəhvə tonudur, universallığı və payız geyimləri ilə ahəngi ilə seçilir. Bu rəng əsasən ümumi boyamada tətbiq olunur, lakin yüngül "balayaj" işıqları ilə daha da dərinləşdirilə bilər. İsti dəri tonunu vurğulasa da, soyuq ton üçün də uyğunlaşdırmaq mümkündür — sadəcə kül rəngli çalar əlavə etmək kifayətdir.

Bir neçə mövsüm isti çalarlı sarıdan sonra platin sarısı yenidən dəbə qayıdır. Bu rəng soyuq dəri tonuna malik qadınlarda futuristik və dəbdəbəli görünüş yaradır. Stilist vurğulayıb ki, platin sarısı yalnız peşəkar koloristin mərhələli işindən sonra mümkün olur. Bu rəng daim tonlaşdırma və xüsusi qulluq tələb edir.

Soyuq alt çalarlı bürünc saç rəngi bu mövsüm də trenddədir. "Tüstülü bürünc" mürəkkəb tonlamalar və küllü effektlərlə seçilir. Burada əsas şərt saçda isti çaların tamamilə olmamasıdır. Bu rəng zəriflik və müasir minimalizmlə assosiasiya olunur.

Kondratyeva bütün trend rənglər üçün xüsusi qulluq qaydalarını da vurğulayıb: UV-filtrli şampunlar, tonlaşdırıcı vasitələrlə müntəzəm yeniləmə, bərpaedici maskalar, kükürdsüz şampunlardan istifadə və isti alətlərin minimuma endirilməsi əsas şərtlərdəndir.

Samir
 

Seçilən
3
18
hit.az

10Mənbələr