AZ

Ukrayna separatçıların lideri Puşilinə yeni ittiham irəli sürdü

BAKI, 16 sentyabr. TELEQRAF

Ukraynanın Donetsk Vilayət Prokurorluğu Rusiyanın işğalı altında olan "Donetsk Xalq Respublikası"nın (DXR) rəhbəri Denis Puşilinə qarşı qiyabi ittiham irəli sürüb.

Teleqraf"TASS"a istinadən xəbər verir ki, Puşilin üç il əvvəl Rusiya hərbçiləri tərəfindən nəzarətə götürülən Mariupolun işğalında və dəniz limanının əmlakını talamaqda ittiham olunur.

Qeyd edək ki, Mariupol Azov dənizinin sahilindəki ən böyük şəhər və ən böyük limandır. 2022-ci ilə qədər Donbassda əsas metallurgiya mərkəzlərindən biri idi.

Rusiya bölmələri 2022-ci ilin mayında Mariupola nəzarəti ələ keçirib.

Seçilən
21
teleqraf.com

1Mənbələr