Yaponiyanın Dirçəliş Yolu Partiyası elan edib ki, onun yeni lideri süni intellekt (AI) olacaq.
Bu haqda “The Japan Times” yazır.
Belə ki, Kyoto Universitetinin süni intellekt üzrə tədqiqat proqramının aspirantı, özünü partiyanın “yeni liderin köməkçisi” adlandıran Koki Okumura mətbuat konfransında “Yeni lider AI olacaq” deyib.
25 yaşlı Okumura bu yaxınlarda partiya seçkilərində qalib gələrək hərəkatın qurucusu Şinji İşimoranın yerinə keçib.
O, süni intellektin partiyanın siyasətini təyin etməyəcəyini, ancaq maliyyə resurslarının partiya üzvləri arasında bölüşdürülməsi kimi məsələlərə diqqət yetirəcəyini bildirib.
"Cebheinfo.az"