AZ

Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır - Açıqlama

İnsanların yarıdan çoxu həyatında ən azı bir dəfə göz quruluğu simptomları ilə qarşılaşıb, lakin hər beş nəfərdən yalnız biri həkimə müraciət edir.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Avropada keçirilən ESCRS Konqresində açıqlanıb.

Mütəxəssislər bildirirlər ki, çoxları bu problemi yaşlanmanın təbii hissəsi kimi qəbul edir və illərlə müalicəni təxirə salır. Nəticədə xəstələrin üçdə birində şikayətlər 5 ildən çox davam edir. Sorğuda iştirak edənlərin yarısı isə hər gün yanma, ağrı, bulanıq görmə və "qum hissi"ndən əziyyət çəkir.

Həkimlərin sözlərinə görə, müalicə olunmayan göz quruluğu həyat keyfiyyətini aşağı salır, oxumağa, kompüterdə işləməyə və hətta maşın sürməyə mane olur. Üstəlik, bu vəziyyət iltihab yarada və göz əməliyyatlarını çətinləşdirə bilər. Halbuki sadə tədbirlər, məsələn, nəmləndirici damlalar və mütəmadi həkim müayinəsi vəziyyəti xeyli yüngülləşdirə bilər.

İsmayıl
Milli.Az

Seçilən
15
1
milli.az

2Mənbələr