Yəmənin Hudeyda limanındakı gəmiqayırma doku İsrailin hücumu nəticəsində tamamilə məhv edilib. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyası çərşənbə axşamı Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanına azı 12 zərbə endirib. Liman hazırda “Ənsar Allah” hərəkatına bağlı husilərin nəzarətindədir.
Hudeyda limanı husilərin idarə etdiyi ərazilərə idxalatın böyük hissəsini təmin etməklə yanaşı, Qırmızı dənizdə kommersiya gəmilərinə edilən hücumlarda da istifadə olunur.