AZ

Quterreş: Qəzza sistemli şəkildə məhv edilir

BMT baş katibi Antonio Quterreş İsrailin Qəzza şəhərinə genişmiqyaslı quru hücumunu “əhalinin məskunlaşdığı ərazilərin sistemli şəkildə məhv edilməsi” adlandırıb.

Operativ Media xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Bu gün Qəzzada baş verənlər dəhşətlidir. Məhəllələrin kütləvi və Qəzza şəhərinin sistematli şəkildə dağıdılmasını görürük. Baş katib olduğum müddətdə heç bir münaqişədə görünməmiş bir şəkildə mülki əhalinin kütləvi şəkildə öldürüldüyünü görürük”, - Quterreş vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Baş naziri Binyamin Netanyahu ordunun Qəzza şəhərinə planlı genişmiqyaslı quru hücumuna keçdiyini təsdiqləyib. Onun bəyan etdiyi məqsəd şəhər üzərində tam nəzarət qurmaq və HƏMAS Hərəkatının qalan silahlı birləşmələrini məhv etməkdir.

Seçilən
1
1
operativmedia.az

2Mənbələr