1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xırdalan dairsəində qəzaların sayında artım müşahidə edilir.
Sakinlər qeyd ediblər ki, ərazidə 90 kilometr/saat sürət məhdudiyyətinin qoyulmasına baxmayaraq, bəzi avtomobillər 120-150 kilometr/saat sürətlə hərəkət edirlər. Bu da qəzaların artmasına səbəb olur.
Sakinlər vurğulayıblar ki, bu halın yaşanmasının qarşısını almaq üçün sürət həddi endirilməlidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, sürət həddinin endirilməsi sürücülərdə çaşqınlıq yarada bilər.
Daha ətraflı ARB TV-nin videomaterialında: