“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim istefa təhlükəsi ilə üz-üzədir.
90deqiqe.Az-ın "Mirror"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssisə komandanın uğursuz mövsüm startından sonra nəticələri yaxşılaşdırmaq üçün üç oyun şansı verilib.
Klub rəhbərliyi artıq alternativ namizədləri nəzərdən keçirir. Mümkün variantlar sırasında Oliver Qlasner, Qaret Sautqeyt, Marku Silva, Andoni İraola və Maurisio Poçettinonun adları yer alıb.
Diqqətçəkən məqam odur ki, siyahıdakı məşqçilərdən yalnız biri hazırda işsizdir – İngiltərə millisinin sabiq çalışdırıcısı Qaret Sautqeyt.