BAKI, 16 sentyabr. TELEQRAF
BMT baş katibi Antonio Quterreş Rusiya-Ukrayna müharibəsinin yaxın gələcəkdə sülh yolu ilə həllinin mümkünlüyü barədə nikbin olmadığını bildirib.
Teleqraf xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
“Ukraynada yaxın gələcəkdə sülh yolu ilə nizamlanma barədə nikbin deyiləm” , - o qeyd edib.
Quterreşin fikrincə, bu, Rusiya və Ukraynanın mövqelərinin çox fərqli olması ilə bağlıdır.