
BMT Baş katibi Antonio Quterreş təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya nümayəndə heyəti ilə görüşə ümid etdiyini bildirib.
Olaylar xəbər verir ki, bu barədə o, mətbuat konfransında açıqlama verib.
"Ümid edirəm Rusiya Federasiyasının nümayəndə heyəti ilə görüş baş tutacaq", - deyə Quterreş bildirib.
Baş katib, həmçinin Ukrayna nümayəndə heyəti ilə də görüşməyi planlaşdırdığını vurğulayıb.
Bundan əvvəl BMT ABŞ Prezidenti Donald Trampın da Quterreşlə görüşəcəyini açıqlamışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31