ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İngiltərə çempionu Arauxonu yanvar ayında heyətinə qatmağa çalışacaq. "Liverpul" 26 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında "Boston River"dən transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.