Bakı. Trend:
Cari ilin yanvar–avqust aylarında Azərbaycandan qeyri-neftməhsullarının ixracı 2,4 milyard ABŞ dolları təşkil edib ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,6 milyon dollar və ya10,1 % çoxdur.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata əsasən, hesabat dövründə Azərbaycandan qeyri-neftməhsullarının ən çox ixrac olunduğu ölkə Rusiya olub. Belə ki, cariilin ilk səkkiz ayında Rusiyaya qeyri-neft məhsulları üzrə ixrac814,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiqdövrü ilə müqayisədə 62,1 milyon dollar və ya 8,2 % çoxdur.
Rusiyaya qeyri-neft ixracı Azərbaycanın ümumi ixracının 33,93%-ni təşkil edib.
Siyahıda ikinci yerdə Türkiyə qərarlaşıb - bu ölkəyə 394,5milyon ABŞ dolları həcmində qeyri-neft məhsulu ixrac olunub.
Üçüncü yerdə isə 220,2 milyon ABŞ dolları həcmində məhsul ixracedilmiş İsveçrədir.
Aşağıda 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanın ən çoxqeyri-neft məhsulu ixrac etdiyi ölkələrin siyahısı təqdimolunur:
Ölkə | (min ABŞ dolları) | Ümumi dövriyyədən faiz |
Rusiya | 814 099.97 | 33.93 |
Türkiyə | 394 548.89 | 16.44 |
İsveçrə | 220 191.02 | 9.18 |
Gürcüstan | 216 377.50 | 9.02 |
Ukrayna | 131 766.19 | 5.49 |
BƏƏ | 71 673.28 | 2.99 |
Qazaxıstan | 65 718.10 | 2.74 |
Belarus | 52 028.07 | 2.17 |
ABŞ | 44 586.55 | 1.86 |
Özbəkistan | 43 193.42 | 1.80 |