AZ

Gəncədə "Səhər gimnastikası" layihəsi start götürüb - FOTO

Gəncədə “Səhər gimnastikası” layihəsinə start verilib.

İdman.biz-in məlumatına görə, aksiya Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilir və sağlam həyat tərzinin təbliğinə yönəlib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə şəhər sakinləri, o cümlədən ictimaiyyət nümayəndələri səhər təlimlərinə qoşulublar.

Layihə çərçivəsində məşqlər Gəncə Dövlət Filarmoniyasının qarşısında bazar ertəsindən şənbə gününə kimi səhər saat 08:00-dan 09:00-dək keçiriləcək.

İdman.biz

Seçilən
62
1
idman.biz

2Mənbələr