AZ

“Liverpul”a qarşı böyük itki Alvares heyətdə yoxdur

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Atletiko Madrid”in hücumçusu Xulian Alvares zədə səbəbindən qarşıdan gələn matçı buraxacaq.

Fanat.Az xəbər verir ki, gənc futbolçu komandasının Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Liverpul” ilə keçirəcəyi görüşün iştirak ərizəsinə daxil edilməyib.

Bu, Alvaresin karyerasında ikinci belə hadisədir. O, sonuncu dəfə 2022-ci ildə hələ “River Pleyt” formasını geyinərkən liqa oyunlarından birini zədə səbəbindən qaçırmışdı.

Hazırda onun durumunun ciddi olmadığı bildirilsə də, “Atletiko Madrid” heyətdə ehtiyatlı davranaraq futbolçunu riskə atmaq istəmir.

Qeyd edək ki, matç sentyabrın 17-si Bakı vaxtı ilə saat 23:00da start götürəcək.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
fanat.az

2Mənbələr