AZ

ADY-dən "Stadler" qatarları ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda dəmir yolu nəqliyyatının ən müasir və komfortlu nümunələrindən sayılan "Stadler" qatarları hər gün minlərlə sərnişinin yol yoldaşına çevrilir.

BAKU.WS-in məlumatına görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığı isə birbaşa bu qatarların texniki vəziyyətindən asılıdır.

Müasir avadanlıqlarla təchiz olunmuş bu qatarların fasiləsiz və keyfiyyətli işləməsi üçün onların texniki vəziyyətinə diqqət yetirilməlidir.

Bəs, "Stadler" qatarlarının texniki baxışı keçirilir? Bunun üçün xüsusi depolar mövcudur?

Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qatarlar yola düşməzdən öncə mütəxəssislərimiz tərəfindən Bakı sərnişin stansiyasında gündəlik texniki baxış keçirilir:

"Maşinist kabinəsində olan idarəetmə və diaqnostik displeyinin nasazlıqlar panelində qatarda mövcud olan nasazlıqlar (əgər varsa) görünür. Əgər stansiyada nasazlığı aradan qaldırmaq mümkündürsə, yerindəcə nasazlıq aradan qaldırılır. Buna misal olaraq qatarın sanitar qovşağında, qapılarda, isitmə və havalandırma sistemində, vaqondaxili avadanlıqlarda, sərnişin informasiya sistemində, qatardaxili və qatarın ön işıqlandırmasında, şüşəsilənlərdə olan nasazlıq və s. bu göstərmək olar.

Nasazlıq ciddi olarsa, yəni, məsələn, qatarın alt hissəsində və damında yerləşən avadanlıqlarda (arabacıqlarda, kompressorda, cərəyanqəbuledicidə və s.) olarsa, qatar Bakı lokomotiv deposuna plandankənar təmirə göndərilir".

Orxan Hüseyn

Seçilən
13
far.az

1Mənbələr