BAKI, 16 sentyabr. TELEQRAF
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Bəhreyn xarici işlər nazirinin müavini Təlal Abdülsalam əl-Ənsari arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə Türkmənistan-Bəhreyn əməkdaşlığının siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin, eləcə də çoxtərəfli beynəlxalq platformalar çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd ediblər.
Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT çərçivəsində qarşılıqlı fəaliyyətin müsbət təcrübəsi bildirilib. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin və iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Əməkdaşlığa dair ikitərəfli müqavilə-hüquq bazasının təkmilləşdirilməsi məsələləri və əvvəllər əldə edilmiş razılaşmaların irəliləyiş yolları da müzakirə olunub.