AZ

Qəzzada həlak olanların sayı 64 min 964-ə çatıb

BAKI,TurkicWorld, Nailə Babazadə

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib.

TurkicWorld xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub.

Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.

Bildirilib ki, İsrail ordusu 19 yanvar tarixində əldə olunmuş atəşkəsi 18 martdan etibarən pozaraq hücumlara yenidən başlayıb. Bu tarixdən bəri 12 min 413 fələstinli həyatını itirib, 53 min 271 nəfər isə yaralanıb.

İsrail və ABŞ tərəfindən yönləndirilən guya humanitar yardım bölgələrində fələstinlilərə qarşı həyata keçirilən sistemli hücumlar nəticəsində isə 27 maydan bu yana 2 min 497 nəfər öldürülüb, 18 min 294 nəfər yaralanıb.

Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bu günə qədər İsrailin Qəzzaya qarşı hücumlarında həlak olanların sayı 64 min 964, yaralananların sayı isə 165 min 312 olaraq qeydə alınıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında olduğu bildirilir.

Seçilən
38
turkic.world

1Mənbələr