AZ

Boşandıqdan sonra sorağı uzaqlardan gəldi

Yasemin Ergene, 14 illik həyat yoldaşı İzzet Özilhandan boşandıqdan sonra qız dostları ilə birlikdə xaricə tətilə yollanıb. Ergenenin hansı ölkədə olduğu isə Instagram paylaşımları sayəsində ortaya çıxıb.
Sherg.az xəbər verir ki,  “Doktorlar” və “Aşk Oyunu” seriallarında rol almış məşhur aktrisa Yasemin Özilhan, iş adamı İzzet Özilhan ilə evləndikdən sonra ekranlara ara vermişdi.
4 sentyabr 2025-ci ildə Instagram hesabından etdiyi sürpriz paylaşım ilə həyat yoldaşı İzzet Özilhan ilə ayrıldığını rəsmi olaraq açıqladı. Boşanma mesajında yer alan “Xəyanət və aldatma yoxdur” ifadəsi diqqət çəkmişdi.
Boşanma sonrası Yasemin Özilhan qızlıq soyadını yenidən istifadə edərək Instagram hesabını Yasemin Ergene olaraq dəyişdirdi.
40 yaşlı məşhur isim, boşandıqdan sonra yaxın dostları ilə birlikdə xaricə tətilə gedib. Instagram paylaşımı sayəsində isə Yasemin Ergenenin Çexiyanın paytaxtı Praqa getdiyi məlum olub.



Seçilən
18
1
sherg.az

2Mənbələr