Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi ilə okean sularının səviyyəsinin qalxması Avstraliyanın sahil bölgələrində yaşayan əhalini ciddi risk altına salır.
Qaynarinfo xəbər verir ki, hazırlanan yeni hesabata görə, Hind və Sakit okeanların arasında yerləşən ölkədə 2050-ci ilə qədər ən azı 1,5 milyon avstraliyalı yüksələn okean suları səbəbindən təhlükə ilə üzləşəcək. 27 milyon əhalisi olan ölkədə 2090-cı ildə bu rəqəmin 3 milyona çatacağı proqnozlaşdırılır.
Bununla yanaşı, artan temperaturun sağlamlıq üzərində mənfi təsirləri də gözlənilir. Əgər temperatur 3 dərəcə yüksələrsə, yalnız Sidney şəhərində istiyə bağlı ölüm hallarının 400 faizdən çox arta biləcəyi vurğulanır.
İqtisadi baxımdan da böyük itkilər proqnozlaşdırılır. Mütəxəssislərin hesablamalarına görə, daşınmaz əmlak itkilərinin dəyəri 2090-cu ilə qədər 770 milyard dollar həcmində ola bilər.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.