AZ

Niyə balığı qatıqla yemək olmaz?

Yəqin ki, siz də nə vaxtsa “balıqla qatıq yemək olmaz” sözlərini eşitmisiniz.

Ölkə.Az “Haber7”yə istinadla xəbər verir ki, bunun səbəbi çox adama məlum deyil.

İddia olunur ki, balıq və qatığı birgə yemək qida zəhərlənməsinə səbəb ola bilər.

Bəs doğrudan balıqla süd məhsullarını (qatıq, ayran, pendir və s.) birgə qəbul etmək sağlamlığa zərərlidir?

İctimaiyyət arasında balıq və qatıq yeməyin qida zəhərlənməsinə səbəb ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər yayılsa da, bu elmi olaraq təsdiqini tapmayıb.

Bu iki qida birlikdə istehlak edildikdə mədənin pH səviyyəsinə təsir edə bilər. Balıqda həzm olunması çətin olan zülallar var, qatıqda isə turşu ola bilər. Bu birləşmə mədə turşuluğunu daha da artıra bilər.

Balığın təzə olduğundan əmin olmalısınız. Dondurulmuş balıq alırsınızsa, son istifadə tarixinə diqqət yetirin.

Eynilə, qatıq yeyərkən onun istifadə müddətinin bitmədiyindən əmin olun.

Billurə
 

Seçilən
41
2
olke.az

3Mənbələr