AZ

Britaniya XİN insidentdə Rusiyanı ittiham edib və...

...Pilotsuz təyyarələrin NATO hava məkanını keçmək üçün yeni cəhdləri güclü cavabla nəticələnəcək.

SİA-nın məlumatına görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

O, dronların Polşa və Rumıniyaya gəlməsini "tamamilə qəbuledilməz" adlandırıb.

Eyni zamanda Britaniya Xarici İşlər Nazirliyi insidentdə Rusiyanı ittiham edib.

...Rusiya başa düşməlidir ki, onun davamlı təcavüzü yalnız NATO müttəfiqlərinin birliyini və bizim Ukraynanı dəstəkləmək əzmimizi gücləndirir və bundan sonra hər hansı müdaxilə yenidən güclə qarşılanacaq,-mətndə deyilir.

Bundan əlavə, onlar Rusiya Federasiyasını “Ukraynaya qarşı qeyri-qanuni müharibəni dayandırmağa” çağırıblar. Xatırladaq ki, sentyabrın 10-da Polşanın baş naziri Donald Tusk ölkəyə 19 pilotsuz uçan aparatın uçduğunu, onlardan 3-nün vurulduğunu bildirmişdi.

Onun sözlərinə görə, respublikanın hava məkanını pozan pilotsuz təyyarələr Rusiyaya məxsus olub. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməyib.

Daha sonra sentyabrın 13-də PUA-lar da Rumıniya ərazisini işğal etdi və Rusiya yenidən günahkar kimi göstərildi.

Əli Babayev

Seçilən
16
1
sia.az

2Mənbələr