AZ

“Barselona” bəyanat yaydı

style='margin-bottom:10px;'>

“Barselona” La Liqanın 6-cı turunda “Xetafe”yə qarşı keçirəcəyi ev oyununun (21 sentyabr) məkanı ilə bağlı bəyanat yayıb.

QOL.az xəbər verir ki, bəyanatda bildirilib: “Matç “Kamp Nou” stadionunda keçirilə bilməyəcək. Klub stadionun yaxın günlərdə rəsmi açılışı üçün zəruri inzibati icazələrin alınması istiqamətində fəal işini davam etdirir. Bu səbəbdən görüş  Yohan Kroyf adına stadionda olacaq”.

Bundan əvvəl klubun institusional inkişaf üzrə vitse-prezidenti Elena Fort komandanın “Xetafe”ni bərpa olunmuş “Kamp Nou”da qəbul edə biləcəyini demişdi.

Xatırladaq ki, iyunun 25-də “Barselona” “Kamp Nou”ya qayıdacağını elan etmişdi. Son iki mövsümdə komanda Luis Kompanis adına Olimpiya stadionunda çıxış edib.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr