AZ

Daha bir ölkə “Avroviziya”dan imtina etdi - İsrailə görə

İspaniya, İsrailin Qəzzada həyata keçirdiyi hücumlara etiraz əlaməti olaraq “Avroviziya-2026” mahnı müsabiqəsindən çəkildiyini açıqlayıb. İspaniyanın dövlət televiziyası olan RTVE İsrail iştirak edəcəyi təqdirdə həmin yarışmaya qatılmayacaqlarını bəyan edib.

New24.az xəbər verir ki, qərar RTVE İdarə Heyətində keçirilən səsvermə ilə qəbul olunub: 10 nəfər lehinə, 4 nəfər əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, sözügedən müsabiqə Avstriya paytaxtı Vyanada keçiriləcək. İspaniya bu addımı ilə daha öncə oxşar mövqe sərgiləyən Hollandiya, Sloveniya, İslandiya və İrlandiyaya bənzəyib.

Beləliklə, İngiltərə, Almaniya, Fransa və İtaliya ilə birlikdə “Böyük Beşlik”də yer alan İspaniya, birbaşa finala vəsiqə qazanan ölkələr içində yarışmadan çəkilən ilk dövlət olub.

RTVE-dən verilən açıqlamada təklifin qurumun sədri Xose Pablo Lopez tərəfindən irəli sürüldüyü və təsdiqləndiyi bildirilib.

Son aylarda bir çox ölkə Avropa Yayım Birliyinə müraciət edərək İsrailin yarışmadan uzaqlaşdırılmasını tələb edib. 

Xeyrənsə Piriyeva


Seçilən
66
1
news24.az

2Mənbələr