AZ

“Ermənistan tarixi” dərsliyində qondarma “dqr” bölməsi varmış

Ermənistan orta məktəblərində 9-cu sinif şagirdlərinə tədris edilən “Ermənistan tarixi” dəsliyində Qarabağla bağlı bölmə var.

Tribunainfo.az xəbər verir ki, həmin bölmədə qondarma “dqr”dən bəhs edilir.

Belə ki, “dqr”in yaranması, “rəhbərləri”, I və II Qarabağ müharibəsi və nəticələri, habelə işğal dövründə baş verənlərdən bəhs edilir. Həmin dərslikdə “Dağlıq Qarabağın əhalisinin boşaldılması” bölməsi də mövcuddur. Orada deyilir: “Dqr-in “prezidenti” “dqr”-in buraxılması haqqında fərman imzalayıb”.

Qeyd edək ki, separatçıların rəhbəri Samvel Şahramanyan dünən bununla bağlı Ermənistan Təhsil Nazirliyini məhkəməyə verib. Onun vəkili Roman Yeritsiyan bildirib ki, dərslikdə Şahramanyanla bağlı yazılanlarla razı deyillər. “Şahramanyan Təhsil Nazirliyindən onun “dqr”i ləğv etməsi barədə fərman imzalanmasını dərslikdən çıxarılmasını və bununla bağlı təkzib verilməsini tələb edir. O, “dqr”in buraxılması ilə bağlı fərmanı imzalamadığını bildirib”.

P.S. Bir yandan sülh sazişini bağlamaq istəyən Ermənistan, digər tərəfdən də separatçılığı və işğalçılığı tarix dərsinə salmaqla məsələni unutdurmamağa çalışır. Əks halda, Ermənistan Təhsil Nazirliyi “dqr” ifadəsindən istifadə etməməliydi. Əgər zərrə qədər vicddanları olsaydı, həmin dönəmə aid tarixdə qondarma “dqr” yox, “İşğal olunmuş Azərbaycan əraziləri” ifadəsindən istifadə edərdilər.

Fərda Uğur

Seçilən
19
1
tribunainfo.az

2Mənbələr