Zelenski Rusiya ilə razılığa gəlməli olacaq.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Zelenski razılaşma əldə etməli olacaq. Putin və Zelenski bir-birinə nifrət edir. Görünür, onlarla eyni otaqda mən də oturmalı olacağam, çünki bir yerdə otura bilməzlər”, - Tramp bildirib.
ABŞ lideri bir daha Avropanı Rusiyadan neft alışını dayandırmağa çağırıb.