AZ

"İsrail Qəzzada əməliyyatlara başlayıb, işğal və ilhaq riski yüksəkdir" -ŞƏRH

"İsrail Qəzzada əməliyyatlara başlayıb. Bu əməliyyat artıq Qəzzanın ilhaqına yönəlmiş kimi qiymətləndirilir".

Bu fikirləri Redaktor.az-a İsrailin Qəzzada başlatdığı hərbi əməliyyatlardan bəhs edən siyasi şərhçi Turan Rzayev bildirdi.

Onun sözlərinə görə, faktiki olaraq İsrail Qəzzanı işğal etməyi və ardınca ilhaq etməyi planlaşdırır:

"Eyni zamanda buradakı fələstinlilərin ərazidən çıxarılması istiqamətində də addımlar atılır. Normadan artıq hərbi gücdən istifadə məntiqi baxımdan bununla izah olunur. Böyük ehtimalla, işğal prosesi reallaşacaq, lakin dünyanın bu işğalı tanıyıb-tanımayacağı zamanla aydın olacaq. Əvvəldən verilən proqnoza görə, İsrail Qəzzanı işğal edəcək, ardınca isə Fələstinlə danışıqlar aparılacaq. Qəzzanın işğalı müqabilində Fələstinin müstəqilliyinin tanınması gözlənilir. Proseslərin bu istiqamətdə davam etməsi ehtimal olunur. Ərəb və müsəlman ölkələri isə böyük ehtimalla bu işğalı tanımayacaq. Hətta işğal gerçəkləşərsə, İbrahim sazişləri və ərəb-İsrail yaxınlaşması bir qədər uzaqlaşa bilər. Qətərə edilən hücumdan sonra Qəzzanın ilhaqına yönəlmiş əməliyyatlar xüsusilə riskli və təhlükəli addım kimi qiymətləndirilir. Lakin İsrailin bundan geri durmayacağı da aydındır".

Nuriyyə NATİQQIZI 

Seçilən
58
1
redaktor.az

2Mənbələr