AZ

Azərbaycanın U-15 millisi Monteneqro yığması ilə heç-heçə etdi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Operativ Media xəbər verir ki, U-15 millimiz Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

Seçilən
17
16
operativmedia.az

10Mənbələr